Yeniyetmə qızı məktəbdən qaçıran kişi - Saxlanıldı

yeniyetme-qizi-mektebden-qaciran-kisi
Oxunma sayı: 10628

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə qaytarılıb.

Məlumata görə, 31 yaşlı O.Hüseynzadə adlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Yunis Quliyev