Bakıda liftdən meyit tapıldı

bakida-liftden-meyit-tapildi
Oxunma sayı: 8374

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.