Hindistanda mikroavtobusla yük maşını toqquşdu - 24 ölü, 20 yaralı

hindistanda-mikroavtobusla-yuk-masini-toqqusdu
Oxunma sayı: 103

Hindistanın Assam ştatında mikroavtobusla yük maşını toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “India Today” məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 24 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.

Toqquşma nəticəsində mikroavtobus ciddi ziyan görüb və sərnişinlər əzilmiş nəqliyyat vasitəsinin içərisində sıxılaraq qalıblar.