Bakıda yaşayış binasında yanğın - Video

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 3775

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik tikili yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Həzi Aslanov” metrostansiyası yaxınlığında, M.Hadi küçəsi, 73 a ünvanında qeydə alınıb.

Ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik: