Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.
Qeyd edilib ki, Rubio Lavrova ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla Ukrayna, Fransa və bəzi digər Avropa ölkələrinin nümayəndələri ilə əlaqələri barədə məlumat verib.
Vaşinqton və Moskva arasındakı məsləhətləşmələrinin, o cümlədən Peterburqda keçirilən son görüşdə mövzulara uyğun aparıldığı vurğulanıb.
Məlumatda deyilir ki, Lavrov Ukrayna böhranının aradan qaldırılması üçün amerikalı həmkarları ilə işi davam etdirməyə hazır olduğunu vurğulayıb.