“İlin dünya mətbuat fotosu” seçildi...

ilin-dunya-metbuat-fotosu-secildi
Oxunma sayı: 5895

2025-ci ilin “İlin dünya mətbuat fotosu” mükafatının qalibi açıqlanıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, qalib fotonun müəllifi “New York Times”ın fotoqrafı Samar Abu Elouf olub.

O, Qəzzada İsrail-HƏMAS arasındakı müharibə nəticəsində qollarını itirmiş 9 yaşlı Mahmud Ajjourun portretinə görə mükafata layiq görülüb.

İkinci yeri ABŞ-Meksika sərhədində gecə vaxtı çəkdiyi foto ilə Con Mur (“Getty Images”) və Musuk Noltenin quraqlığa çevrilən Amazon kəndində anasına yemək aparan gəncin fotosu tutub.

Qeyd edək ki, builki qaliblər 141 ölkədən 3778 fotoqrafın 59 320 fotoşəkili arasından seçilib.

Müsabiqədən fotoları təqdim edirik: