“Barselona”da ciddi itki - Final və ÇL matçını buraxacaq

barselonada-ciddi-itki
Oxunma sayı: 4383

İspaniyanın “Barselona” klubunun heyətində ciddi itki baş verib.

“Qafqazinfo” xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Robert Levandovski sıradan çıxıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Levandovski bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.

36 yaşlı futbolçu İspaniya Kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.