Aşağı Güzdəkdə sexdə yanğın olub - Fotolar+Video+Yenilənib

asagi-guzdekde-sexde-yangin-olub
Oxunma sayı: 1201

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə “Qafqazinfo”ya FHN Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.