İspaniyanın “Betis” klubu tarixində ilk dəfə avrokubokların finalına yüksəlib.
“Qafqazinfo”nun məlumatına görə, klub buna UEFA Konfrans Liqasında yarımfinal mərhələsində İtaliya “Fiorentina”sını məğlub edərək nail olub.
Belə ki, ilk qarşılaşmada rəqibini 2:1 üstələyən “Betis”, cavab qarşılaşmasının 2:2 (ümumi hesab 3:4) bitməsi ilə adını final yazdırıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində “Çelsi” və “Betis” arasında keçiriləcək.
Onu da əlavə edək ki, turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.