Bakıdan Moskvaya uçuşlar bərpa olundu

bakidan-moskvaya-ucuslar-berpa-olundu
Oxunma sayı: 1346

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub.

Bu barədə “Qafqazinfo”ya AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, uçuşlar artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.