“Bavariya”dan yeni transfer

bavariyadan-yeni-transfer
Oxunma sayı: 2087

“Tottenhem Hotspur” və İngiltərə millisinin müdafiəçisi Erik Dayer tezliklə “Bavariya” ilə müqavilə imzalayacaq.

“Qafqazinfo” bununla bağlı xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, Dayerin Almaniya klubuna transferinin məbləği 4 milyon avro olacaq.

Erik Dayer 2014-cü ildən “Tottenhem”də çıxış edir. Futbolçu bütün rəsmi turnirlərdə komandanın tərkibində 365 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.