Hollivud aktrisası Cennifer Enistonun sevgilisi Cim Kertislə nişanlanmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, nişanlanma təşəbbüsü Cim Kertisdən gəlib və mərasimin yaxın çevrədən kənar keçiriləcəyi planlaşdırılır.
Hələlik nə Cennifer Eniston, nə də Cim Kertis bu iddiaları təsdiqləyib.
Qeyd edək ki, C. Eniston 2000-2005-ci illərdə aktyor Bred Pittlə evli olub. Pittin Ancelina Coli ilə yaxınlaşmasından rahatsız olan Eniston sonralar ondan boşanıb.
Daha sonra 2015-ci ildə aktyor Castin Teru ilə ailə qurub, lakin cütlük 2018-ci ildə ayrılıb.

Son xəbərlər
Son Xəbərlər