Britaniya İranla bağlı ABŞ-yə razılıq vermədi

britaniya-iranla-bagli-abs-ye-raziliq-vermedi
Oxunma sayı: 729

Böyük Britaniya ABŞ-nin Dieqo-Qarsiya adasında və Qlosterşirdə yerləşən bazalardan İrana hava zərbələri endirməsinə icazə verməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Bildirilir ki, ABŞ-nin İrana zərbə endirmək planlarında Dieqo-Qarsiya adasındakı Britaniya-Amerika hərbi bazalarından, həmçinin Qlosterşir qraflığında yerləşən “RAF Fairford” aviabazasından istifadə olunması nəzərdə tutulub. Bu bazada ABŞ-nin ağır bombardmançı təyyarələr donanması yerləşir. 

Lakin London və Vaşinqton arasındakı razılaşmalara uyğun olaraq, Pentaqon bu iki obyektdən, həmçinin Böyük Britaniya ərazisində Amerika döyüş təyyarələrinin və heyətinin yerləşdiyi digər aviabazalardan əməliyyatlara yalnız krallıq hökumətinin razılığı ilə başlaya bilər.

Məlumata görə, Birləşmiş Krallıq İrana qarşı hər hansı hərbi hücumda ABŞ-ni dəstəkləmək niyyətində deyil. Buna baxmayaraq, London tərəfi hücum halında öz müdafiəsini gücləndirmək məqsədilə Kiprə 6 ədəd F-35 qırıcısı, Qətərə isə 4 ədəd “Typhoon” qırıcısı göndərib.