Dünya çempionatı oyunlarının şərhinə xanımlar da cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CBC Sport” məlumat yayıb.
Bildirilib ki, kanalın əməkdaşları Səmra Əliyeva və Aida Əliyeva turnirin müxtəlif matçlarında şərhçi kimi mundialda debüt edəcəklər.
“Səmra Əliyeva Kürasao – Kot-d’İvuar, Aida Əliyeva isə Panama – İngiltərə oyununu şərh edəcək.
Qeyd edək ki, hər iki qarşılaşmada onlara müvafiq olaraq Süleyman Vəliyev və Ramiz Mirzəzadə də şərhçi kimi qoşulacaq”, - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər