Britaniyalı nazirdən kəndlərin Azərbaycana qaytarılmasına - Reaksiya

britaniyali-nazirden-kendlerin-azerbaycana-qaytarilmasina
Oxunma sayı: 9088

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq beynəlxalq sərhədlərinin delimitasiyası üzrə irəliləyiş əldə etməsini alqışlayır:

“Onların diplomatiyası ilə ərazilərin dinc yolla qaytarılması və davamlı sülhün təmin edilməsi istiqamətində mühüm addım atılıb”.