“Bu gün dünyada hüquq normaları kənara atılıb” - Putin

bu-gun-dunyada-huquq-normalari-kenara-atilib
Oxunma sayı: 416

“Dünyanın ümumi gələcəyi üçün məsuliyyət daşıması mücərrəd bir şüar deyil”.

“Qafqazinfo” “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı çıxış edib.

Rusiya lideri qlobal problemlərə toxunaraq xəbərdarlıq edib:

“Ümumi gələcəyimiz üçün məsuliyyət heç də mücərrəd bir şüar deyil. Bu, bəşəriyyətin sağ qalmaq həddinə yuvarlanmasının qarşısını almaq, düzəldilməz fəlakətlərdən qaçmaq məqsədi daşıyan praktiki addımlar toplusudur. Bu gün dünyada keçmiş hüquq normalarının bir çoxu kənara atılıb, lakin yeni standartlar hələ ki formalaşmayıb”.

Qeyd edək ki, Moskva vilayətində keçirilən “Valday” klubunun XXIII iclasında 40 ölkədən 120 nümayəndə iştirak edir. Tədbirin əsas mövzusu “Gələcək üçün məsuliyyət: mümkünün hüdudları, yoxsa hüdudsuz imkanlar?” adlanır.