Büdcə məlumatlarının təqdim edilməsi ilə bağlı - Yenilik

budce-melumatlarinin-teqdim-edilmesi-ile-bagli
Oxunma sayı: 411

Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarını dövlət orqanına “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin, icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı