Cəlilabadda itkin düşən 18 yaşlı qız Tovuzda tapıldı

celilabadda-itkin-dusen-18-yasli-qiz-tovuzda-tapildi
Oxunma sayı: 5371

Cəlilabadda 8 gün əvvəl itkin düşmüş 18 yaşlı qız tapılıb.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini N.Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. 

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.