Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var

ceyrancolde-2-nefer-minaya-dusdu
Oxunma sayı: 511

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.