Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, Venesuela lideri Nikolas Maduronun azad edilməsini istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Çin ABŞ-ni Prezident Nikolas Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Çin Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Vaşinqtonun hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Son xəbərlər
Son Xəbərlər