Dani Alveşə ağır cəza istənildi

dani-alvese-agir-ceza-istenildi
Oxunma sayı: 2161

Barselona prokurorluğu cinsi təcavüzdə ittiham olunan Dani Alveşə 9 il həbs cəzası istəyib.

“Qafqazinfo” xəbər verir ki, Barselonadakı gecə klubunda 23 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusundan 150 min avro təzminat da tələb olunur.

40 yaşlı futbolçu 6 aydır ki, nəzarət altında saxlanılır. 

Qeyd edək ki, Alveş karyerası ərzində “Yuventus”, “Barselona” və PSJ kimi klublarda çıxış edib.