Dəməşqdə kilsədə terror aktı - 25 ölü, 50 yaralı+Yenilənib

demesqde-kilsede-terror-akti
Oxunma sayı: 3217

Dəməşqin xristianların məskunlaşdığı Duveyla məhəlləsində kilsədə ibadət zamanı terror aktı törədilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər və çox sayda yaralılar var.

Məlumata görə, hadisəyə səbəb olan partlayıcı qurğunu terrorçu-kamikadze aktivləşdirib.

***

SANA-nın məlumatına görə, terror zamanı azı 25 nəfər həlak olub, 50 yaralı var.