Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi

tramp-razi-saldim-demisdi-huanq-tekzib-etdi
Oxunma sayı: 170

ABŞ-nin çip nəhəngi “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə bərpa olunan Jensen Huanq posta qayıdışının Prezident Donald Trampın təzyiqi ilə baş tutması barədə iddiaları rədd edib.

“Qafqazinfo” xəbər verir ki, “New York Times” (NYT) qəzetinin yazdığına görə, Huanq çıxışında geri dönməsinin məhz şirkətin direktorlar şurasının vəziyyəti hərtərəfli qiymətləndirməsi və faktları ortaya qoymasının nəticəsi olduğunu bildirib.

Baş icraçı direktor vəzifəsinə qayıtdıqdan Huanq kollektivdən üzr istəyib və şirkətin daxili davranış qaydalarını pozduğunu etiraf edib: “Çox pis səhvlər etdim. Həyat yoldaşım Loriyə xəyanət etdim. Uşaqlarımı və əlbəttə ki, hamınızı incitdim”.

Hazırda terapiya aldığını qeyd edən Huanq əlavə edib ki, direktorlar şurası onun davranışlarına görə şirkətdəki gələcəyini dəyərləndirməli olub və nəticədə noyabrın 12-də istefa verib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “Nvidia”nın idarə heyətini Huanqı baş direktor postuna qaytarmağa razı saldığını iddia etmişdi. Huanq isə bu fikirləri qəbul etməyərək, qərarın idarə heyətinin apardığı araşdırma və faktlar əsasında verildiyini vurğulayıb.