CIA-nın sistemlərindən məlumat sızdırıldı

cia-nin-sistemlerinden-melumat-sizdirildi
Oxunma sayı: 69

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Kəşfiyyat Baş İdarəsi (DNI) bu yaxınlarda bəzi məxfi olmayan məlumatların sızdırıldığı kibertəhlükəsizlik pozuntusu aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, insident ABŞ-də son vaxtlar artan sistem nasazlıqları və kibertəhlükəsizlik narahatlıqları fonunda baş verib.

Kibertəhlükəsizlik pozuntusu iki kəşfiyyat qurumunun ictimaiyyətə açıq və məxfilik dərəcəsi olmayan materiallardan kəşfiyyat məlumatları toplamaq üçün istifadə etdiyi açıq mənbəli kəşfiyyat təhlili şəbəkəsinə təsir göstərib. Bu sistemlərə kommersiya məlumatları, sosial media məzmunu, peyk görüntüləri və digər onlayn resurslar daxildir.

Sızdırılan məlumatların konkret tərkibi açıqlanmasa da, mənbələr hücum zamanı heç bir məxfi informasiyanın ələ keçirilmədiyini bildiriblər. Bununla belə, ABŞ kəşfiyyat icmasındakı digər qurumların da bu kiberhücumdan zərər çəkə biləcəyi istisna edilmir.

Qeyd edək ki, son günlər ABŞ-nin iri bankları, Milli Təhlükəsizlik Agentliyi və Milli Aviasiya Agentliyində də sistem fasilələri qeydə alınıb. Tramp administrasiyası isə bu hadisələrin bir-birindən ayrı olduğunu bildirərək ictimaiyyətin narahatlığına əsas olmadığını açıqlayıb.