Puxaç “Barselona”nın futbolçusu ilə görüşdü - Foto

puxac-barselonanin-futbolcusu-ile-gorusdu
Oxunma sayı: 346

“Sabah”ın futbolçusu Timoteuş Puxaç “Barselona”nın qolkiperi Voysex Şesnı ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, onlar ötən gün komandaların baş tutan açıq məşqləri arasındakı fasilədə bir-biri ilə söhbətləşiblər. 

Polşa millisindən komanda yoldaşları olan futbolçuların görüşündən fotonu Puxaç instaqram hesabında paylaşıb. 

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərəhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Barselona” görüşü bu gün saat 21:45-də başlayacaq.