Mayın 23-ü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində tiktok platformasının nümayəndə heyəti ilə görüş olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Elnur Allahverdiyev öz sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, müzakirə zamanı geniş tədbirlər planı çərçivəsində qarşılıqlı əməkdaşlıq aparılmasının və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb.
“Müzakirələr zamanı şirkət rəhbərliyinə belə bir sual ünvanladım: “ABŞ-də tiktok şirkətinin qarşısında müəyyən şərtlər və vaxt qoyulub. Bu şərtlərdən hər hansı yerinə yetirilməsə, şirkətin fəaliyyəti məhdudlaşdırılacaq. Şərtlərdən biri də ondan ibarətdir ki, tiktok mütləq şəkildə müəyyən payını ABŞ vətəndaşına, yaxud şirkətinə satmalıdır. Bu şərt məcburidir. Maraqlıdır, dünyaya demokratiya dərsi keçən bir ölkə azad sahibkarlıq fəaliyyətinə belə bir maneə yaratmaqla monopoliyanı təşfiq etmirmi?”, - E. Allahverdiyev əlavə edib.