“Əvəzetmələrdən sonra təşəbbüsü əldən verdik” - Kurban Berdıyev

evezetmelerden-sonra-tesebbusu-elden-verdik
Oxunma sayı: 575

“Turan Tovuz” Misli Premyer Liqasının 21-ci turunda “Azersun Arena”da “Zirə”ni 2:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında matç barədə danışıb:

“Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq. Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik”.