Evi qəzalı vəziyyətə düşən sakin çadırla təmin edildi - Fotolar+Video

evi-qezali-veziyyete-dusen-sakin-cadirla-temin-edildi
Oxunma sayı: 2617

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonu, Birinci Qayıdış qəsəbə sakini İbəquliyev Saday Həbib oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar FHN-in Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Birinci Qayıdış qəsəbə sakini S.İbəquliyev üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.