Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində “Konyaspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Belə ki, matçın əsas vaxtında qol vurulmadığı üçün əlavə vaxta ehtiyac duyulub. Görüşün taleyi 120+2-ci dəqiqədə həll olunub. VAR yoxlamasından sonra “Konyaspor”un xeyrinə təyin edilən penalti zərbəsini Yevtoviç dəqiq yerinə yetirərək komandasını yarımfinala daşıyıb.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan “Konyaspor” bu mərhələdə “Beşiktaş” – “Alanyaspor” cütünün qalibi ilə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər