“Fransızlar ABŞ sayəsində almanca danışmırlar” - Ağ Ev

fransizlar-abs-sayesinde-almanca-danismirlar
Oxunma sayı: 1413

“Yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində fransızlar indi almanca danışmırlar. Onlar bizə çox minnətdar olmalıdırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit ABŞ-nin Azadlıq heykəlini Fransaya qaytarıb-qaytarmayacağı ilə bağlı suala cavab verərkən deyib.

Xatırladaq ki, Avropa Parlamentinin fransız deputatı bir neçə gün əvvəl Azadlıq heykəli ilə bağlı məsələni gündəmə gətirərək bildirib ki, heykəl “öz sahibinə-Fransaya” geri verilməlidir.

Qeyd edək ki, Kerolayn Livit cavabında İkinci Dünya Müharibəsi zamanı Almaniyanın Fransanı işğal etməsinə eyham edib. Belə ki, Fransa daha sonra 1944-cü ildə ABŞ və digər müttəfiq qüvvələrin köməyi ilə azad edilib.