Gəncədə kütləvi dava - Polis 7 nəfəri saxladı+Yenilənib

gencede-kutlevi-dava
Oxunma sayı: 1515

Gəncədə kütləvi dava baş  verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, dava zamanı Saday Nəzərov (2003), onun qardaşı Zöhrab Nəzərov ( 2005), qohumu Elvin Nəzərov (2006), Elşən Nəzərov ( 1990) və Sakit Nəzərov (1991) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Gəncədə yerləşən müxtəlif xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, insidenti törətməkdə şübhəli bilinən 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda həmin faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Əldə etdiyimiz məlumata görə, insidentə səbəb Gülüstan qəsəbəsində çay evinin yanından avtomobillə keçdiyinə görə tərəflər arasında sözlü mübahisə yaranıb və onlar bir-birinə taxta parçası, kürək (“lapatka”) ilə xəsarət yetirib.

Yunis Quliyev