Özbəkistanda xarici terminlər özbək ekvivalentləri ilə əvəz olunacaq.
“Qafqazinfo” xəbər verir ki, müvafiq qanun layihəsi Ali Məclisin (Qanunvericilik Məclisinin) iclasında qəbul edilib.
Bu sənəd dövlət dilini xarici alınma sözlərdən təmizləmək və terminologiyadakı uyğunsuzluqları aradan qaldırmaq məqsədi daşıyır.
Belə ki, “svetofor”, “avans”, “parol” kimi bəzi sözlərin özbək terminləri ilə əvəz edilməsi təklif edilir. Məsələn, “svetofor” sözü “yulçiroq” ilə əvəz ediləcək.
Qeyd edək ki, özbək dili tarixən ərəb, fars, rus və digər dillərdən çoxlu alınma sözləri qəbul etmişdir. İstər məişətdə, istərsə də rəsmi sənədlərdə istifadə olunan terminlərin çoxu xarici mənşəlidir.
Son xəbərlər
Son Xəbərlər