“Azerconnect Group” NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak etdi - Foto

azerconnect-group-nvidia-nin-suni-intellektle-bagli-tedbirinde-istirak-etdi
Oxunma sayı: 299

“Azerconnect Group” NVIDIA-nın ofisində süni intellekt və rəqəmsal xidmətlərin inkişafına dair tədbirdə iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Məlumata görə, tədbir İKT sahəsində dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, ekspertləri və regional tərəfdaşları bir araya gətirib. “Azerconnect Group”un baş direktorunun mobil biznes üzrə müavini Müşfiq Əliyev və şirkətin süni intellekt və transformasiya üzrə direktoru Səid Cəfərli tədbir çərçivəsində ağıllı şəbəkələr, süni intellekt fabriki və süni intellekt əsaslı 6G infrastrukturu sahəsində NVIDIA-nın texnoloji həllərinə həsr olunan müzakirələrə qatılıblar.

Qeyd edək ki, cari ilin aprel ayında “Azerconnect Group” və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.