Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yolxucu Xəstəliklər Şöbəsinə çatdırılıb.
İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyeva şirniyyatdan zəhərləniblər.
Şirniyyat isə təhsil ocağının bufetindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib: “Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:30 radələrində 5 nəfər (qadın) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.
***
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, oktyabrın 1-i Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərin birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.
Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər