Türkiyəli müğənni “Güllü”nün (Gül Tut) Yalovadakı evinin pəncərəsindən yıxılaraq ölməsi ilə bağlı yeni detal ortaya çıxıb.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kamerasının görmədiyi hissənin araşdırıldığı bildirilib.
Məlumata görə, mütəxəssislər evdəki metal qapı dəstəyinin əksindən də istifadə edərək görüntüləri təhlil edib.
Bildirilib ki, qapı dəstəyinin metal səthindəki əks və kölgə dəyişikliklərindən evin içində baş verən bəzi hərəkətlər müəyyən edilib.
Keçmiş cinayət polisi Savaş Kurtbabanın sözlərinə görə, “Güllü”nün yıxılma səsindən sonra evin içində təxminən 7 saniyə ərzində hərəkət olub.
O qeyd edib ki, bu detal istintaq üçün diqqətçəkən məqamlardan biri hesab edilir.
Xatırladaq ki, hadisənin tək canlı şahidi olan Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş olduğu üçün düşdüyünü desə də, sonradan ifadəsini dəyişərək qızın anasını pəncərədən atdığını etiraf edib. Güllünün qızı Tuğyan Ülkəm Gülter anasına qarşı qəsdən adam öldürməkdə ittiham olunur. Onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilir.
Son xəbərlər
Son Xəbərlər