İcra başçısı şəhid və qazi övladları ilə görüşdü - Fotolar

icra-bascisi-sehid-ve-qazi-ovladlari-ile-gorusdu
Oxunma sayı: 2468

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından və sağlamlığından keçən şəhidlərin və qazilərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzindədir. Naftalan Şəhər İcra Hakimiyyətində qarşıdan gələn yeni tədris ilinin başlanması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı Vüqar Novruzov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışaraq şəhid və qazilərin məktəbli övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

Artıq ənənə halını alan və uşaqlarda sevinc dolu anlar yaşadan tədbirdə onlara “Oyal”ın məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.