İcra nümayəndəliyində səs-küy saldı - Cərimələndi

icra-numayendeliyinde-ses-kuy-saldi
Oxunma sayı: 5188

Ağcabədi rayonunun Poladlı kəndində icra nümayəndəliyində səs-küy salan şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, 32 yaşlı kəndli Rasim Babayev (şərti) xırda xuliqanlıq hərəkətləri etdiyi üçün məhkəməyə çıxarılıb.

Şahid qismində dindirilən kənd icra nümayəndəsinin müavini deyib ki, R.Babayev nümayəndəlikdə uca səslə danışaraq ictimai qaydanı pozub. Barəsində icraat aparılan şəxs isə məmurun dediklərini təkzib edib. 

Qərara əsasən R.Babayev 50 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.