Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Abidənin yerləşdiyi meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan və Çinin Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.