İtkin düşmüş daha 73 nəfərin şəxsiyyəti müəyyənləşib - Adlar - Yenilənib

itkin-dusmus-daha-73-neferin-sexsiyyeti-mueyyenlesib
Oxunma sayı: 2824

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 73 nəfərin şəxsiyyəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Baş Prokurorluqla birgə keçirdiyi brifiqdə məlumat verilib. 

Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, itkin şəxslərin şəxsiyyətlərinin müəyyənləşməsi iki istiqamətdə aparılıb. İstiqamətlərdən biri Birinci Qarabağ müharibəsi zamanı Bakı və Azərbaycanın müxtəlif rayonlarında tanınmamış şəxslərin naməlum şəhid kimi dəfn edilənlərdir. Digər istiqamət isə Ağdamın Sarıcalı kəndində, Şuşanın Daşaltı kəndində və Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıqlardır.

Şəxsiyyəti müəyyənləşən şəxslərin adları açıqlanıb. 

Sail Ağasəlim

Foto: Xəyal Vəlizadə