Lenin məqbərəsi ziyarətçilər üçün bağlanır

lenin-meqberesi-ziyaretciler-ucun-baglanir
Oxunma sayı: 2793

Rusiyanın paytaxtı Moskvada Vladimir Leninin məqbərəsi üç həftə ziyarətçilər üçün bağlı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Dövlət tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar 2024-cü il aprelin 23-dən mayın 16-dək ziyarətçilərin V.İ.Leninin məqbərəsinə və Kreml divarının yanındakı nekropola daxil olmasına icazə verilməyəcək”, - məlumatda qeyd olunub.