Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - Fotolar

lenkeranda-zencirvari-qeza
Oxunma sayı: 183

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili “Mercedes-Vito” markalı mikroavtobusla toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan “Mercedes-Vito” yol kənarında hərəkətsiz vəziyyətdə dayanan təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə Gərmətük qəsəbə sakinləri – 1995-ci il təvəllüdlü Ruslan Məmmədzadə və 1997-ci il təvəllüdlü Elşən İbadzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov