Leonid Slutskinin prezidentliyə namizədliyi irəli sürülüb

leonid-slutskinin-prezidentliye-namizedliyi-ireli-surulub
Oxunma sayı: 2584

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutskinin ölkədə keçiriləcək prezident seçkilərinə namizədliyi irəli sürülüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın 35-ci qurultayında qərar qəbul edilib. 

Qərar gizli səsvermə yolu ilə verilib. Bülletendə yalnız bir namizəd – Leonid Slutskinin adı yer alıb. 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-si keçiriləcək. Rusiyanın Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, seçkilər üç gün – 15, 16 və 17 martda baş tutacaq. Bununla da, bu, Rusiyada ilk üçgünlük prezident seçkiləri olacaq.