MDB-dən beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto

mdb-den-beynelxalq-olimpiadaya-vesiqe-qazanmis-yegane-azerbaycanli-sagird
Oxunma sayı: 1754

Həmyerlimiz Daria Dmitriyeva nüfuzlu zəka yarışmalarından biri olan "Birlik formulası" beynəlxalq bilik olimpiadasının final mərhələsinin qaliblərindən biri olub.

“Qafqazinfo” xəbər verir ki, bilik olimpiadasının hələ yarımfinal mərhələsində MDB ölkələri arasında iştirak edən yeganə şagird olan Daria final mərhələsində 3-cü yerin sahibi olub. Bu nəticəsi ilə öz uğurunun təsadüfi olmadığını bir daha sübut etmiş olub.

LANDAU School-un 7-ci sinif şagirdi olan Daria Dmitriyeva sözügedən müsabiqəyə elə həmin beynəlxalq özəl orta məktəbin yeni layihəsi olan "LION" bilik olimpiadalarına hazırlıq mərkəzində hazırlaşıb.

"LION"un daha bir şagirdi Yusif Tahirli isə ABŞ-də keçirilmiş Beynəlxalq Kopernik Olimpiadasının final mərhələsində qızıl medal qazanmaqla yanaşı, dünya ikincisi adına da layiq görülüb. Bu müsabiqədə isə mərkəzin şagirdləri ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

Hazırlıq mərkəzinin uğurlarına əlavə nümunə olaraq, FISO beynəlxalq bilik olimpiadasında riyaziyyat fənni üzrə qazanılmış 29 qızıl, 23 gümüş və 34 bürünc medalı, ingilis dili fənni üzrə 6 qızıl, 7 gümüş və 23 bürünc medalı göstərə bilərik.

Onu da əlavə edək ki, beynəlxalq bilik arenalarında nailiyyət əldə etmək üçün "LION" bilik olimpiadalarına hazırlıq mərkəzinə təkcə LANDAU School deyil, həmçinin digər orta məktəblərin şagirdləri də müraciət edə bilərlər.

Ətraflı məlumat əldə etmək üçün *1908 nömrəsinə zəng edə, hazırlıq mərkəzindən qeydiyyatdan keçmək üçün isə linkə - (https://bitly.ws/3eZD7) keçid edə bilərsiniz.