“Mənə sual verir ki, ata, niyə az oynadın?” - Ağabala qızının pankart açmasından danışdı

mene-sual-verir-ki-ata-niye-az-oynadin
Oxunma sayı: 2104

“Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.

Futbolçu “Araz-Naxçıvan”a 2:0 qalib gəldikləri matçda qızının “Xoş gəldin, ata” pankartı açmasından danışıb.

Uzunmüddətli zədədən sonra yaşıl meydanlara qayıdan forvard qızının bəzən oyunlara gəldiyini də açıqlayıb: “Allaha şükür edirəm ki, yaşıl meydanlara qayıtdım. Bayılda keçirilən matçlarda ara-sıra deyirdim, qızımı oyunlara gətirirdilər. Futbolçu ailəsində olduğu üçün qız da olsa, futbola marağı var. Mənə sual verir ki, ata niyə az oynadın. Deyir ki, istəyirdim “Papa”, “papa” qışqırım.