Məşhur futbolçular Arda Gülərə maraqlı rəylər yazdı - Fotolar

meshur-futbolcular-arda-gulere-maraqli-reyler-yazdi
Oxunma sayı: 5770

Məşhur futbolçular “Real”ın oyunçusu Arda Gülərin paylaşımına maraqlı şərhlər yazıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb futbolçunun ötən gün La Liqada "Real Sosyedad"a qarşı matçda  həlledici qolu vurması olub.

Belə ki, komanda yoldaşları və dünyaca məşhur futbolçular onu təbrik edib.

Şərhlərdən ən diqqətçəkəni isə “Real”ın futbolçuları Tiba Kurtua və Brahim Diazın yazdığı “Abi” rəyi olub.

Qeyd edək ki, komandasına qələbə qazandıran Türkiyə millisinin üzvü sözügedən oyunun ən yaxşı futbolçusu seçilib.