Millət vəkili Ağdərədə sakinləri ziyarət etdi - Fotolar

millet-vekili-agderede-sakinleri-ziyaret-etdi
Oxunma sayı: 284

Milli Məclisin deputatı Anar Məmmədov Talış kəndində vətəndaş qəbulu zamanı yerli sakinlərlə yaxından tanış olmaq, onların ehtiyaclarını dinləmək məqsədilə Talış kənd sakini Məmmədov Nərimanın ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, səmimi və qarşılıqlı dialoq şəraitində keçən görüşdə ailə üzvlərinin ümumi vəziyyəti, gündəlik qayğıları ilə yaxından maraqlanılıb, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Anar Məmmədov bildirib ki, dövlətin prioritet siyasətinə uyğun olaraq, azad edilmiş ərazilərdə məskunlaşan hər bir vətəndaşın rifahı və qarşılaşdığı məsələlərin operativ həlli daim diqqət mərkəzindədir.

Ailə üzvləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.