“Navai” narkotik qalmaqalından sonra çıxış qonorarını artırdı

navai-narkotik-qalmaqalindan-sonra-cixis-qonorarini-artirdi
Oxunma sayı: 189

Rusiyada yaşayan Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı cinayət işindən sonra çıxışları üçün tələb etdiyi qonorarı artırıb.

“Qafqazinfo” “kp.ru” saytına istinadən xəbər verir ki, reper Rusiyadakı turnesi və Moskvadakı böyük konserti üçün bilet satışını bərpa edib.

Sənətçi həmçinin yenidən özəl tədbirlərdə iştirak etmək üçün sifarişlər qəbul edir. Lakin Nəvainin qonorarı əvvəlki 4 milyon rubldan artaraq, hazırda 5 milyon rubldan başlayır.

Xatırladaq ki, oktyabrın 14-ü Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb, onunla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. 

Daha sonra, oktyabrın 20-də isə cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb.