Xəbər verdiyimiz kimi, fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edən rusiyalı siyasətçi Aleksey Navalnı ötən gün dəfn olunub. Dəfn mərasimi ilə bağlı müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə çox sayda insan saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, paytaxt Moskva olmaqla, Novosibirsk, Yekaterinburq, Tümen, Voronej, Sankt-Peterburq və digər şəhərlərdə ümumilikdə 128 nəfər polis tərəfindən saxlanılıb.