Navalnı dəfn edildi - Video - Yenilənib

navalni-defn-edildi
Oxunma sayı: 5877

Fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnı ilə vida mərasimi keçirilir.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, 47 yaşlı siyasətçinin cənazəsi mərasim üçün Maryinoda kilsəyə aparılıb.

Vida üçün əraziyə çox sayda insan toplaşıb. Navalnı vida mərasimindən sonra Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.

***

Aleksey Navalnı Frenk Sinatranın “My Way” mahnısının sədaları altında torpağa tapşırılıb.