İki güləşçimiz Avropa çempionatının finalına çıxdı - Yenilənib

iki-gulescimiz-avropa-cempionatinin-finalina-cixdi
Oxunma sayı: 2614

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq.

Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

***

Azərbaycan güləşçiləri Nihat Məmmədli, Həsrət Cəfərov, Qurban Qurbanov AÇ-də yarımfinala vəsiqə əldə ediblər. 

Qeyd edək ki, hər üç idmançı bundan öncəki Avropa çempionatında qızıl medal qazanıb. 

Ruslan Nurullayev, Murad Əhmədiyev isə mübarizəni dayandırıb. 

Xatırladaq ki, yarımfinal matçları saat 18:45-də başlayacaq. 

***

Nihat Məmmədli Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

60 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda ermənistanlı rəqibi Suren Ağacanyana uduzub.

***

Həsrət Cəfərov Avropa çempionatının finalına yüksəlib.

67 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesablı qalib gələrək finala vəsiqə qazanıb. Onun rəqibi Türkiyə təmsilçisi Murat Fırat olacaq.

***

Qurban Qurbanov Avropa çempionatının finalına yüksəlib.

82 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadze üzərində 2:1 hesablı qələbə qazanaraq adını finala yazdırıb.